İnnovasiya lideri Bakcell Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşı olub.
Bakcell innovasiya tərəfdaşı kimi etibarlı informasiya mühitinin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş əsas prioritetlərin həyata keçirilməsinə dəstək göstərib.