AZ

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

İnnovasiya lideri Bakcell Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşı olub.

Bakcell innovasiya tərəfdaşı kimi etibarlı informasiya mühitinin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş əsas prioritetlərin həyata keçirilməsinə dəstək göstərib.

Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildən etibarən hər il dekabr ayında təşkil olunan “Media Savadlılığı” həftəsi çərçivəsində indiyədək 50-dən çox təlim və tədbir həyata keçirilib, ümumilikdə 3000-dən artıq iştirakçı media savadlılığı üzrə maarifləndirici proqramlarda iştirak edib. Qeyd edək ki, cari ildə həftə 15–22 dekabr tarixlərini əhatə edib və gənclər üçün xarici ekspertlərin iştirakı ilə müxtəlif təlimlər reallaşdırılıb.

Bakcell bu təşəbbüsə dəstək göstərməklə ölkədə media savadlılığının inkişafına və cəmiyyət üçün etibarlı informasiya mühitinin formalaşmasına töhfə verməyə davam edir.

Bakcell haqqında

Seçilən
13
28
publika.az

10Mənbələr