Misir yığması Zimbabve millisi ilə matçda qapıya 35 zərbə endirib və səkkiz qol imkanı yaradıb.
Apasport.az xəbər verir ki, hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kubokunun matçı üçün ən yüksək göstəricidir.
Afrika Millətlər Kuboku - 2025-in qrup mərhələsinin ilk oyun günündə Misir yığması Zimbabveni 2-1 hesabı ilə məğlub edib. Hücumçu Məhəmməd Salah 90+1-ci dəqiqədə fərqlənərək Misirin qələbə qoluna imza atıb.
B qrupundakı digər iki komanda Cənubi Afrika Respublikası və Anqoladır. Qrupda 2-ci və 3-cü turların oyunları 26 və 29 dekabrda keçiriləcək.
“Fənərbaxça” Musaba üçün hərəkətə keçdi – Tedesko şəxsən istəyib
Alveş klub alıb karyerasını bərpa etmək istəyir
Tanınmış məşqçi karyerasını bitirib
Berke Özer İtaliya klubuna keçə bilər
"Beşiktaş" Mərakeş millisinin futbolçusu ilə maraqlanır