AZ

Afrika Millətlər Kubokunda yeni rekord

Misir yığması Zimbabve millisi ilə matçda qapıya 35 zərbə endirib və 8 qol imkanı yaradıb.

Msport.az xəbər verir ki, hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kuboku matçı üçün ən yüksək göstəricidir.

Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk oyun günündə Misir yığması Zimbabveni 2:1 hesabı ilə məğlub edib. Hücumçu Məhəmməd Salah 90+1-ci dəqiqədə fərqlənərək Misirin qələbə qoluna imza atıb.

B qrupundakı digər iki komanda Cənubi Afrika Respublikası və Anqoladır. Qrupda 2-ci və 3-cü turların oyunları 26 və 29 dekabrda keçiriləcək.

Seçilən
35
5
msport.az

6Mənbələr