AZ

Almaniyadan Putinlə birbaşa dialoq çağırışı

Almaniya Bundestaqında Xristian Sosial Birliyi (CSU) fraksiyasının rəhbəri Aleksander Hoffmann Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların aparılmasının vacibliyini bəyan edib.

Editor.az xəbər verir ki, onun bu fikirləri Handelsblatt qəzetində dərc olunub. Hoffmann bildirib ki, Avropa özünü beynəlxalq arenada müstəqil siyasi aktor kimi görməlidir.

“Avropa bu arenada özünü oyunçu kimi qəbul etməlidir. Biz Avropanın maraqlarını təmsil etməliyik və bu, Putinlə aparılacaq danışıqlar vasitəsilə mümkündür və mümkün olduğu qədər də həyata keçirilməlidir”, – deyə alman parlamentar vurğulayıb.

O, həmçinin Rusiyayla mümkün danışıqlar zamanı Avropa İttifaqına üzv ölkələrin vahid mövqedən çıxış etməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, 19 dekabr 2025-ci ildə Fransa Prezidenti Emmanuel Makron da Avropanın Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa etməsinin faydalı ola biləcəyini bəyan edib. Fransa lideri bu cür təmasların koordinasiyalı şəkildə və tam şəffaflıq prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin Fransa lideri ilə dialoqa hazır olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
125
11
editor.az

10Mənbələr