AZ

İlham Əmirov: J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması çox dəyərli bir addımdır

BAKI, 23 dekabr. TELEQRAF

J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

“Poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır. Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən-nəslə ötürülür. Bu mənada J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır,” – İlham Əmirov qeyd edib.

Seçilən
94
5
teleqraf.com

6Mənbələr