AZ

AZAL-ın vitse-prezidenti: J2-8243 reysinin anımına həsr olunmuş poçt markası mühüm mənəvi əhəmiyyət daşıyır

J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının buraxılışı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıyır.

 

Bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

 

O qeyd edib ki, poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır: "Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən-nəslə ötürülür. Bu mənada J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır".

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Tarix: 23 Dekabr 2025, 10:22   
Seçilən
37
5
pravda.az

6Mənbələr