AZ

FHN Lənkəran Regional “ASAN xidmət” Mərkəzində təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Regional “ASAN xidmət” Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimə FHN-in regionda yerləşən müvafiq strukturlarının, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Lənkəran Şəhər-rayon Polis Şöbəsinin, Baş Mühafizə İdarəsinin Lənkəran Regional Mühafizə Şöbəsinin və Lənkəran Regional “ASAN xidmət” Mərkəzinin qüvvələri cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar telefon xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Həmçinin, tədbir iştirakçılarına xilasetmə avadanlıqlarından, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Seçilən
28
10
publika.az

10Mənbələr