AZ

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Regional ASAN Xidmət Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimə FHN-in regionda yerləşən müvafiq strukturlarının, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Lənkəran Şəhər-rayon Polis Şöbəsinin, Baş Mühafizə İdarəsinin Lənkəran Regional Mühafizə Şöbəsinin və Lənkəran Regional “ASAN xidmət” Mərkəzinin qüvvələri cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar telefon xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Həmçinin, tədbir iştirakçılarına xilasetmə avadanlıqlarından, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə binadakı vətəndaşların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” və digər təhlükəsizlik əməliyyatları uğurla yerinə yetirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
10
axar.az

10Mənbələr