Bakı. Trend:
Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlarvə qlobal iqtisadiyyata fəal inteqrasiya ölkədə biznes fəaliyyətiüçün geniş və əlverişli imkanlar yaradıb.
Trend xəbərverir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu günBakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumundadeyib.
O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qazsektorunun prioritet istiqamət kimi inkişafı nəticəsində ixracpotensialı əhəmiyyətli dərəcədə genişlənib:
"Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu daölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir.Xarici sərmayədarların aktiv iştirakı ilə “yaşıl enerji", kəndtəsərrüfatı, sənaye, nəqliyyat və logistika, rəqəmsallaşma, turizmvə digər sektorlarda ortaq layihələr həyata keçirilir. Əldə olunanbu nəticələr beynəlxalq tərəfdaşlarla ticarət və investisiyaəməkdaşlığının daha da dərinləşdirilməsi, yeni birgə layihələrinreallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafıüçün geniş potensialın mövcud olduğunu göstərir".
Nazir müavini vurğulayıb ki, ölkə iqtisadiyyatında müşahidəolunan davamlı müsbət meyillər fonunda kredit reytinqimiz artmış vəiki aparıcı beynəlxalq reytinq agentliyi (2024-cü ildə “FitchRatings” və 2025-ci ildə isə “Moody’s Ratings”) tərəfindənölkəmizin suveren kredit reytinqi artırılaraq investisiyadərəcəsinə yüksəlib: "Bu mühüm nəticələr Azərbaycanın makroiqtisadisabitliyinə, fiskal dayanıqlığına və institusional islahatlarındavamlılığına beynəlxalq maliyyə bazarlarının artan etimadınınbariz göstəricisidir və ölkəmizi uzunmüddətli investisiyalar üçündaha cəlbedici edir".