AZ

Nazir müavini: Azərbaycanda ardıcıl islahatlar biznes üçün geniş imkanlar yaradıb

BAKI, 23 dekabr. TELEQRAF

Azərbaycanda həyata keçirilənardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya ölkədə biznes fəaliyyəti üçün geniş və əlverişli imkanlar yaradıb.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun prioritet istiqamət kimi inkişafı nəticəsində ixrac potensialı əhəmiyyətli dərəcədə genişlənib:

“Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir.

Xarici sərmayədarların aktiv iştirakı ilə “yaşıl” enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda ortaq layihələr həyata keçirilir. Əldə olunan bu nəticələr beynəlxalq tərəfdaşlarla ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni birgə layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir.

Ölkə iqtisadiyyatında müşahidə olunan davamlı müsbət meyillər fonunda kredit reytinqimiz artmış və iki aparıcı beynəlxalq reytinq agentliyi (2024-cü ildə “Fitch Ratings” və 2025-ci ildə isə “Moody’s Ratings”) tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Bu mühüm nəticələr Azərbaycanın makroiqtisadi sabitliyinə, fiskal dayanıqlığına və institusional islahatların davamlılığına beynəlxalq maliyyə bazarlarının artan etimadının bariz göstəricisidir və ölkəmizi uzunmüddətli investisiyalar üçün daha cəlbedici edir”.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr