"Neftçi"nin kapitanı Emin Mahmudov "Karvan-Yevlax"la görüşdə fərqlənərək həm komandasına qələbə qazandırıb, həm də Misli Premyer Liqasında 50-ci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, o, 221-ci oyununda bunu bacarıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
E. Mahmudov bir klubun heyətində Azərbaycan çempionatında 50 qola çatan 16-cı futbolçu olub. O, "Neftçi" forması ilə bunu bacaran 4-ci futbolçu kimi tarixə düşüb:
1. Müşfiq Hüseynov (“Qarabağ”) - 109
2. Samir Ələkbərov (“Neftçi”) - 99
3. Alay Bəhramov (“Viləş”) - 93
4. Nazim Əliyev (“Xəzər” S) - 93
5. Fazil Pərvərov (“Kəpəz”) - 80
6. Rövşən Əhmədov (“Kəpəz”) - 75
7.. Qurban Qurbanov (“Neftçi”) - 66
8-9. Nadir Nəbiyev (“Turan”) - 63
İmamyar Süleymanov (“Kəpəz”) - 63
10. Mahir Emreli (“Qarabağ”) - 59
11. Yunis Hüseynov (“Neftçi”) - 58
12. Musa Qurbanov (“Turan”) – 56
13. Abdullah Zubir (“Qarabağ”) – 52
14-15. Riçard Almeyda (“Qarabağ”) - 51
Badri Kvaratsxeliya (“Şəmkir”) – 51
16. Emin Mahmudov (“Neftçi”) – 50