AZ

“Neftçi”nin kapitanı Premyer Liqada 50-ci qolunu vurub

“Neftçi”nin futbolçusu Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.

Busaat.az Peşəkar Futbopl Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatında yalnız “ağ-qaralar”ın formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.

Bakı təmsilçisinin kapitanı Misli Premyer Liqasının XVI turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/2018 mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.

Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.

1. Müşfiq Hüseynov (“Qarabağ”) – 109

2. Samir Ələkbərov (“Neftçi”) – 99

3. Alay Bəhramov (“Viləş”) – 93

4. Nazim Əliyev (“Xəzər” S) – 93

5. Fazil Pərvərov (“Kəpəz”) – 80

6. Rövşən Əhmədov (“Kəpəz”) – 75

7. Qurban Qurbanov (“Neftçi”) – 66

8-9. Nadir Nəbiyev (“Turan”) – 63

İmamyar Süleymanov (“Kəpəz”) – 63

10. Mahir Emreli (“Qarabağ”) – 59

11. Yunis Hüseynov (“Neftçi”) – 58

12. Musa Qurbanov (“Turan”) – 56

13. Abdullah Zubir (“Qarabağ”) – 52

14-15. Riçard Almeyda (“Qarabağ”) – 51

Badri Kvaratsxeliya (“Şəmkir”) – 51

16. Emin Mahmudov (“Neftçi”) – 50

Seçilən
58
8
busaat.az

10Mənbələr