Təbriz-Bakı marşrutu üzrə uçuşların sayı artırılıb.
"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) öz reyslərini Bazar ertəsi və Cümə axşamı günləri əlavə edib. İndi Təbriz Beynəlxalq Hava Limanından Bakıya və əks istiqamətdə həftədə 8 gediş-dönüş uçuşu həyata keçirir.
Bundan əlavə, IranAir də bu marşrutda hələ də aktivdir. Hər iki şirkətin uçuşları da nəzərə alınmaqla, Təbriz-Bakı reyslərinin ümumi sayı həftədə 12 gediş-gəliş reysinə çatır ki, bu da regional hava rabitəsinin inkişafında mühüm addımdır.
Telegram kanalımız