AZ

Bakı Təbriz uçuşlarının sayı artırıldı KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Təbriz-Bakı marşrutu üzrə uçuşların sayı artırılıb.

KONKRET.az IRIB-ə istinadla xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) öz reyslərini Bazar ertəsi və Cümə axşamı günləri əlavə edib. İndi Təbriz Beynəlxalq Hava Limanından Bakıya və əks istiqamətdə həftədə 8 gediş-dönüş uçuşu həyata keçirir.

Bundan əlavə, IranAir də bu marşrutda hələ də aktivdir. Hər iki şirkətin uçuşları da nəzərə alınmaqla, Təbriz-Bakı reyslərinin ümumi sayı həftədə 12 gediş-gəliş reysinə çatır ki, bu da regional hava rabitəsinin inkişafında mühüm addımdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
2
konkret.az

3Mənbələr