ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Statistika göstərir ki, İçərişəhərə gələn yerli turistlər çoxluq təşkil edir”.
Bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bugünkü mətbuat konfransnda “Cebheinfo.az”-ın sualını cavalandırarkən deyib.
R.Murad bildirib ki, yerli turistlərin cəlbi üçün bir sıra layihələrin icrası nəzərdə tutulur.
Onun sözlərinə görə, İçərişəhərdəki muzeylərin eksponatlarının zənginləşdirilməsi üçün strategiya var: “Muzey işimizi daha müasir şəkildə qurmaqdan başlayırıq. Bundan başqa, yerli turistlər üçün İçərişəhərdə maraqlı turlar olacaq”.
Eyni zamanda, İçərişəhərdə qastranomiya turizminə diqqət yetirilir: “Bunun üçün obyektlərdə keyfiyyət artırılmalı, xidmət yüksək səviyyədə olmalıdır”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.