AZ

Yerli turistlər üçün İçərişəhərdə maraqlı turlar olacaq

“Statistika göstərir ki, İçərişəhərə gələn yerli turistlər çoxluq təşkil edir”. 

Bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bugünkü mətbuat konfransnda “Cebheinfo.az”-ın sualını cavalandırarkən deyib.

 R.Murad bildirib ki, yerli turistlərin cəlbi üçün bir  sıra layihələrin icrası nəzərdə tutulur. 

Onun sözlərinə görə, İçərişəhərdəki muzeylərin eksponatlarının zənginləşdirilməsi üçün strategiya var: “Muzey işimizi daha müasir şəkildə qurmaqdan başlayırıq. Bundan başqa, yerli turistlər üçün İçərişəhərdə maraqlı turlar olacaq”. 

Eyni zamanda, İçərişəhərdə qastranomiya turizminə diqqət yetirilir: “Bunun üçün  obyektlərdə keyfiyyət artırılmalı, xidmət yüksək səviyyədə olmalıdır”.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr