Bakı.Trend:
23 dekabr tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi(BMTM) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN)birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Cənubi Qafqazınyeni sülh arxitekturası, regional diplomatiya və media savadlılığı”mövzusunda təlim keçirilib.
Trend xəbərverir ki, 2025-ci il həm Azərbaycan, həm də Cənubi Qafqaz regionuüçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, “AzərbaycanRespublikası və Ermənistan Respublikası arasında sülhün vədövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”layihəsinin paraflanması, həmçinin ATƏT-in Minsk Prosesi vəəlaqədar strukturların bağlanması ölkəmizin təşəbbüsü ilə başlanansülh prosesinin məntiqli və uğurlu nəticəsi kimiqiymətləndirilir.
Eyni zamanda, Azərbaycanın ardıcıl və prinsipial diplomatiyasınəticəsində, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakımərhələdə ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlərartıq yaranmış yeni geosiyasi reallıqları qəbul edir, bureallıqlarla hesablaşır və Azərbaycanla münasibətlərdə yeni səhifəaçmaq niyyətindədir.
XİN və BMTM-nin birgə təşkil etdiyi təlimin əsas məqsədi buproseslər və onların beynəlxalq siyasi əhəmiyyəti barədə medianümayəndələrinin peşəkar və analitik hazırlıq səviyyəsininartırılmasına töhfə verməkdir.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqindəbildirdi ki, artıq üçüncü ildir ki, xarici siyasət sahəsində mediatəlimlərinin təşkili bu istiqamət üzrə ixtisaslaşan jurnalistlərinməlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.Onun sözlərinə görə, media nümayəndələrinin peşəkarlıq səviyyəsininyüksəldilməsi milli maraqlarımızın beynəlxalq müstəvidə düzgün vəobyektiv şəkildə işıqlandırılması üçün vacibdir.
Birinci hissədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi AyxanHacızadə “8 Avqust: Vaşinqtonda Azərbaycan-Ermənistan sülhmüqaviləsinin paraflanması və Cənubi Qafqazda sülhün təminiistiqamətində növbəti addımlar”, BMTM-in İdarə Heyətinin üzvü CavidVəliyev “Azərbaycan-Türk Dövlətləri Təşkilatı (TDT) münasibətləri:Ermənistanla davam edən sülh prosesi çərçivəsində”, XİN-in Təhlilvə Strateji Araşdırmalar İdarəsinin rəisi Şahin Şahyarov “CənubiQafqazda formalaşmış yeni geosiyasi vəziyyətdə AzərbaycanRespublikasının rolu və qonşu dövlətlər ilə münasibətləri”mövzularında təlim keçiblər.
İkinci hissədə BMTM-in şöbə müdiri Vasif Hüseynov “Vaşinqtongörüşündən sonra Azərbaycan-ABŞ və Azərbaycan-Fransamünasibətlərində yeni mərhələ, Aİ-nin Cənubi Qafqazdakı rolununyenidən qiymətləndirilməsi”, BMTM-in aparıcı məsləhətçisi SultanZahidov “Azərbaycanın xarici siyasətində Asiya istiqaməti: C6, AQEMvə digər formatlar çərçivəsində əməkdaşlıq perspektivləri”mövzularında təlim iştirakçılarını məlumatlandırıblar.
Daha sonra, təlim iştirakçılarının çoxsaylı suallarıcavablandırılıb.
Təlimdə 19 media təmsilçisi iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.