İtaliya və İspaniya Ukraynaya yardım göstərməkdən imtina edə bilər.
Publika.az "News.ru"ya istinadən xəbər verir ki, bunu hərbi ekspert Anatoli Matviyçuk deyib.
Analitikin fikrincə, bu, artıq Çexiya, Macarıstan, Slovakiya və Avstriyanın qoşulduğu tendensiyanın davamı olacaq.
Qeyd edib ki, bu Mərkəzi Avropa ölkələri resurslarının məhdud və qıt olması səbəbindən Ukraynaya pul, silah və sursat tədarük etməkdən imtina ediblər.
Matviyçuk hesab edir ki, İtaliya və İspaniya da bunu etməkdə tərəddüd edirlər. O, Avropa Birliyi zəiflədikcə belə ölkələrin sayının artacağına inanır.