Albaniya çempionatında 18-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə "Teuta" ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə "Eqnatiya"nın xeyrinə başa çatıb. Zamiq bu matçda start heyətində meydana daxil olub. Millimizin üzvü 90+2-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etməli olub.
Qeyd edək ki, “Eqnatiya” 37 xalla ilk pillədə qərarlaşıb.