AZ

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası QALİB GƏLDİ

Albaniyada futbol üzrə ölkə çempionatının 18-ci turu keçirilir.

Bizim.Media xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə "Teuta" ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Zamiq bu matçda start heyətində meydana daxil olub. Millimizin üzvü 90+2-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etməli olub.

Qeyd edək ki, “Eqnatiya” 37 xalla ilk pillədə qərarlaşıb.

Bizim.Media 

Seçilən
5
6
bizim.media

7Mənbələr