AZ

Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldu

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdül Həmid Dbeyba ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ölümünü təsdiqləyib.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə baş nazir məlumat verib. 

O bildirib ki, Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant Əl-Fituri Qəribil, Hərbi İstehsalat İdarəsinin rəisi, briqada generalı Mahmud Əl-Katavi, Liviya Ordusunun Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli təyyarə qəzasında həlak olublar.

"Rəsmi Tripoli təyyarə qəzasının səbəblərini araşdırmaq məqsədilə Ankaraya xüsusi nümayəndə heyəti göndərəcək", - baş nazir əlavə edib. 

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankara Baş Prokurorluğunun hadisə ilə bağlı istintaqa başladığını açıqlayıb.


Telegram kanalımız
Seçilən
62
yenisabah.az

1Mənbələr