İranən Ərdəbil şəhərində mərhum prezident İbrahim Rəisinin xatirəsini əbədiləşdirən heykəlin yıxılmasınə yerli bələdiyyə münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, əlverişsiz hava şəraiti başa çatdıqdan sonra heykəlin ilkin yerində yenidən quraşdırılacağı açıqlanıb.
Ərdəbil Bələdiyyəsindən bildirilib ki, zədələnmənin qarşısını almaq üçün mərhum İbrahim Rəisinin abidəsi emalatxanaya köçürülüb.
Xatırladaq ki, İbrahim Rəsi 2024-cü il mayın 19-da helikopter qəzasında həlak olub. Ərdəbildə onun xatirəsinə qoyulmuş heykəl gücülü küləyin təsiri ilə uçub.
Telegram kanalımız