Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İranın Ərdəbil şəhərində mərhum prezident İbrahim Rəisinin xatirəsini əbədiləşdirən heykəlin yıxılmasına yerli bələdiyyə münasibət bildirib.Demokrat.az xəbər verir ki, əlverişsiz hava şəraiti başa çatdıqdan sonra heykəlin ilkin yerində yenidən quraşdırılacağı açıqlanıb.Ərdəbil Bələdiyyəsindən bildirilib ki, zədələnmənin qarşısını almaq üçün mərhum İbrahim Rəisinin abidəsi müvəqqəti olaraq emalatxanaya köçürülüb.Xatırladaq ki, İbrahim Rəsi 2024-cü il mayın 19-da helikopter qəzasında həlak olub. Ərdəbildə onun xatirəsinə qoyulmuş heykəl güclü küləyin təsiri ilə aşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.