AZ

Liviyanın Baş naziri: Türkiyədəki təyyarə qəzasında sağ qalan olmayıb YENİLƏNİB 2

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 24 dekabr, AZƏRTAC

Ankara-Tripoli reysini yerinə yetirərkən qəzaya uğrayan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeyba məlumat verib. Hökumət başçısı qəzada ölənlərin ailələrinə başsağlığı verib. Havaya qalxdıqdan 42 dəqiqə sonra radarlardan itən “Falcon 50” tipli təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr uzaqlıqda aşkarlanıb. Qəza ilə bağlı cinayət işi açılıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, istintaq tədbirləri 4 prokurura həvalə edilib.

Xatırladaq ki, Türkiyədə rəsmi səfərdə olan Livayanın Baş qərargah rəisi ötən gün Ankarada bir sıra görüşlər keçirərək, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Daxili işlər naziri Ali Yerlikayanın məlumatına əsasən, rəsmi səfər proqramı yekunlaşandan sonra 5 nəfərlik heyət “Falcon 50” tipli təyyarə ilə Liviya uçub. Saat 20:52-də təyyarə ilə əlaqə kəsilib.

00:01

Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təyyarə Ankaranın cənubundakı Haymana rayonu üzərində olarkən pilot eniş üçün icazə istəyib. Lakin daha sonra təyyarə ilə əlaqə kəsilib.

23:50

Ankaradan Tripoliyə uçan “Falcon 50” tipli təyyarə ilə əlaqə kəsilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Esenboğa Hava Limanından yerli vaxtla saat 20:10-da qalxan təyyarə ilə əlaqə 20:52-də kəsilib. Yerli media təyyarədə Liviyanın Baş qərargah rəisi Mohammed Ali Ahmed el Haddadın rəhbərlik etdiyi nümayəndə heyətinin olduğunu bildirib. Təhlükəsizliklə əlaqədar paytaxtın hava məkanında bütün uçuşlar dayandırılıb.

Baş qərargah rəisi Selçuk Bayraktaroğlunun dəvəti ilə Türkiyəyə səfərə gələn Mohammed Ali Ahmed el Haddad bu gün Ankarada bir sıra görüşlər keçirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
3
azertag.az

4Mənbələr