AZ

Türkiyədəki təyyarə qəzasında sağ qalan olmayıbFOTO

Ankara-Tripoli reysini yerinə yetirən “Falcon 50” tipli təyyarə qəzaya uğrayıb.

Xezerxeber.az türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada qəzaya uğrayan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər həlak olub.

Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeyba qəzada ölənlərin ailələrinə başsağlığı verib. Havaya qalxdıqdan 42 dəqiqə sonra radarlardan itən “Falcon 50” tipli təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr uzaqlıqda aşkarlanıb. Qəza ilə bağlı cinayət işi açılıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, istintaq tədbirləri 4 prokurura həvalə edilib.

Xatırladaq ki, Türkiyədə rəsmi səfərdə olan Livayanın Baş qərargah rəisi ötən gün Ankarada bir sıra görüşlər keçirərək, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Daxili işlər naziri Ali Yerlikayanın məlumatına əsasən, rəsmi səfər proqramı yekunlaşandan sonra 5 nəfərlik heyət “Falcon 50” tipli təyyarə ilə Liviya uçub. Saat 20:52-də təyyarə ilə əlaqə kəsilib.

  • Türkiyədəki
  • Türkiyədəki
  • Türkiyədəki
Seçilən
18
3
xezerxeber.az

4Mənbələr