Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
NOCOMMENT.az xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə – 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə – 70 nəfər köçürülüb.
Sözügedən kəndlərə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.