AZ

Azərbaycandan Böyük Britaniyaya ixrac olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarından Azərbaycandan BöyükBritaniyaya 273,1 milyon dollar dəyərində bitumlu süxurlardan əldəolunmuş 514,9 min ton həcmində xam neft və neft məhsulları ixracolunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiqdövrünün göstəriciləri ilə müqayisədə bu dəyər ifadəsində 117,8milyon ABŞ dolları və ya 30,1 faiz, həcm ifadəsində isə 135,2 minton və ya 20,8 faiz azdır.

Ötən ilin 11 ayı ərzində Azərbaycandan Böyük Britaniyaya 650,1min ton neft və neft məhsulları ixrac olunmuşdu və bu ixracın ümumidəyəri 390,9 milyon ABŞ dolları təşkil edirdi.

Hesabat dövrü ərzində Böyük Britaniya Azərbaycanın ən çox neftvə neft məhsulları ixrac etdiyi ölkələrin siyahısında 8-ci yerdəqərarlaşıb.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Seçilən
53
9
az.trend.az

10Mənbələr