AZ

Azərbaycanın Tunisə ixrac etdiyi neftin həcmi məlum olub

Bakı. Trend:

Cari ilin yanvar- noyabr aylarında Azərbaycandan Tunisə 198,7milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 370,5min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri iləmüqayisədə dəyər ifadəsində 79,9 milyon ABŞ dolları və ya 28,7,həcm baxımından isə 73,4 min ton və ya 16,5 faiz azdır.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Tunisə 278,6 milyondollar dəyərində 443,9 min ton neft və neft məhsulları ixracolunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Seçilən
9
7
az.trend.az

10Mənbələr