AZ

Bəhlul, yoxsa Elvin? Sən də qoşul, səs ver!

Əziz oxucular! Böyük məmnunluq hissi ilə bildiririk ki, “Futbol+”in ilin futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi ənənəvi ümummilli sorğuda yolun yarıdan çoxu arxada qalıb.

Hazırda cavabların emalı, səslərin hesablanması prosesi gedir. İpucu vermək kimi çıxmasın, amma “Qarabağ”ın iki müdafiəçisi – Bəhlul Mustafazadə ilə Elvin Cəfərquliyev arasında amansız, gərgin birincilik mübarizəsi gedir. “Feysbuk” səhifəmizdə isə səsvermə dekabrın 27-si, saat 00.00-a qədər davam edəcək.

Buyurun, ölkənin ən güclüsünü müəyyənləşdirməyə xidmət edən layihə-müsabiqəyə siz də qoşulun!

Seçilən
44
1
football-plus.az

2Mənbələr