ain.az bildirir, Footbal-plus portalına istinadən.
Əziz oxucular! Böyük məmnunluq hissi ilə bildiririk ki, “Futbol+”in ilin futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi ənənəvi ümummilli sorğuda yolun yarıdan çoxu arxada qalıb. Hazırda cavabların emalı, səslərin hesablanması prosesi gedir. İpucu vermək kimi çıxmasın, amma “Qarabağ”ın iki müdafiəçisi – Bəhlul Mustafazadə ilə Elvin Cəfərquliyev arasında amansız, gərgin birincilik mübarizəsi gedir. “Feysbuk” səhifəmizdə (Futbol+ müstəqil idman qəzeti) isə səsvermə dekabrın 27-si, saat 00.00-a qədər davam edəcək. Buyurun, ölkənin ən güclüsünü müəyyənləşdirməyə xidmət edən layihə-müsabiqəyə siz də qoşulun!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.