AZ

Məşhur xanəndə Seda Sayanı HEYRAN QOYDU - VİDEO

Xanəndə Pərviz Qasımov Türkiyənin ən çox izlənilən televiziya layihələrindən biri sayılan "Sabahın Sultanı Seda Sayan" proqramında qonaq qismində iştirak edib.

Milli.Az-ın məlumatına görə, sənətçi veriliş zamanı türk müğənni Çingiz Kürtoğlunun məşhur "Duyanlara Duymayanlara" adlı mahnısını səsləndirib.

Pərviz Qasımovun ifası studiyada böyük maraqla qarşılanıb.

Xanəndənin səs və ifa tərzini dinləyən aparıcı Seda Sayan duyğularını gizlədə bilməyərək, onun çıxışına heyran qaldığını bildirib.

Musa
Milli.Az

Seçilən
43
4
milli.az

5Mənbələr