Xanəndə Pərviz Qasımov Türkiyənin ən çox izlənilən televiziya layihələrindən biri sayılan "Sabahın Sultanı Seda Sayan" proqramında qonaq qismində iştirak edib.
Pərviz Qasımovun ifası studiyada böyük maraqla qarşılanıb.
Xanəndənin səs və ifa tərzini dinləyən aparıcı Seda Sayan duyğularını gizlədə bilməyərək, onun çıxışına heyran qaldığını bildirib./Milli.az/