AZ

11 sığorta şirkətinin yığımlarında artım baş verib

2025-ci ilin yanvar-noyabr aylarının yekunlarına əsasən, sığorta şirkətlərinin yığımlarının illik müqayisədə artım dinamikası açıqlanıb.

FED.az xəbər verir ki, hesabat dövründə bəzi şirkətlərin sığorta haqlarında ciddi artım qeydə alınıb.

Renkinqə "Meqa Həyat Sığorta" ASC başçılıq edir. Şirkətin yığımları ötən il 10 milyon 741 min manat olduğu halda, bu il 16 milyon 156 min manata yüksəlib. Nəticədə 50,1% və ya 5 milyon 415 min manat artım qeydə alınıb.

İkinci yerdə "Azərbaycan Sənaye Sığorta" ASC qərarlaşıb. Bu şirkətdə yığımlar ötən il 23 milyon 317 min manat təşkil etdiyi halda, bu il 30 milyon 548 min manata çatıb. Artım 31,0% və ya 7 milyon 231 min manat təşkil edib.

"Aqrar Sığorta" ASC üçüncü sırada yer alıb. Şirkətin topladığı sığorta haqları 12 milyon 829 min manatdan 16 milyon 50 min manata yüksəlib ki, bu da 25,1% və ya 3 milyon 221 min manat artım deməkdir.

Digər şirkətlər üzrə artım göstəriciləri aşağıdakı kimidir:

"Atəşgah Həyat" Sığorta Şirkəti ASC üzrə yığımlar 80 milyon 122 min manatdan 99 milyon 242 min manata qalxıb. Burada 23,7% və ya 19 milyon 120 min manat artım baş verib.

"Qala Həyat" Sığorta Şirkəti ASC-də göstərici 23 milyon 426 min manatdan 28 milyon 704 min manata yüksəlib. Şirkət 22,5% və ya 5 milyon 278 min manat artım nümayiş etdirib.

"Paşa Həyat Sığorta" ASC ötən il 542 milyon 310 min manat yığım etdiyi halda, bu il rəqəm 619 milyon 180 min manata çatıb. Artım 14,2% və ya 76 milyon 870 min manat olub.

"A-Qroup Sığorta Şirkəti" ASC-də yığımlar 17 milyon 44 min manatdan 18 milyon 973 min manata artıb. Bu da 11,3% və ya 1 milyon 929 min manat artım deməkdir.

"Paşa Sığorta" ASC ötən il 291 milyon 100 min manat yığım topladığı halda, bu il göstərici 321 milyon 892 min manat olub. Şirkət 10,6% və ya 30 milyon 792 min manat artım əldə edib.

"Xalq Sığorta" ASC-nin yığımları 21 milyon 32 min manatdan 23 milyon 228 min manata çatıb. Artım 10,4% və ya 2 milyon 196 min manat təşkil edib.

Siyahını "Xalq Həyat" Sığorta Şirkəti ASC və "AtaSığorta" ASC tamamlayır. "Xalq Həyat" Sığorta Şirkəti ASC-də yığımlar 10 milyon 231 min manatdan 10 milyon 615 min manata (3,7% artım), "AtaSığorta" ASC-də isə 9 milyon 514 min manatdan 9 milyon 590 min manata (0,8% artım) yüksəlib.

Seçilən
41
1
fed.az

2Mənbələr