2025-ci ilin yanvar-noyabr aylarının yekunlarına əsasən, sığorta şirkətlərinin ödənişlərinin illik müqayisədə artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi şirkətlərin müştərilərə ödədiyi vəsaitin həcmində ciddi artım qeydə alınıb.
Renkinqə "Meqa Həyat Sığorta" ASC başçılıq edir. Şirkətin ödənişləri ötən il 977 min manat olduğu halda, bu il 4 milyon 339 min manata yüksəlib. Nəticədə 4,4 dəfə və ya 3 milyon 362 min manat artım qeydə alınıb.
İkinci yerdə "Qala Sığorta" ASC qərarlaşıb. Bu şirkətdə ödənişlər ötən il 15 milyon 311 min manat təşkil etdiyi halda, bu il 24 milyon 175 min manata çatıb. Artım 57,8% və ya 8 milyon 864 min manat təşkil edib.
"Atəşgah" Sığorta Şirkəti ASC üçüncü sırada yer alıb. Şirkətin həyata keçirdiyi ödənişlər 24 milyon 472 min manatdan 37 milyon 10 min manata yüksəlib ki, bu da 51,0% və ya 12 milyon 538 min manat artım deməkdir.
Digər şirkətlər üzrə artım göstəriciləri aşağıdakı kimidir:
"Aqrar Sığorta" ASC üzrə ödənişlər 5 milyon 613 min manatdan 8 milyon 16 min manata qalxıb. Burada 42,8% və ya 2 milyon 403 min manat artım baş verib.
"Paşa Həyat Sığorta" ASC ötən il 389 milyon 680 min manat ödəniş etdiyi halda, bu il rəqəm 521 milyon 122 min manata çatıb. Artım 33,7% və ya 131 milyon 442 min manat olub.
"AtaSığorta" ASC-də göstərici 3 milyon 967 min manatdan 5 milyon 261 min manata yüksəlib. Şirkət 32,6% və ya 1 milyon 294 min manat artım nümayiş etdirib.
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC-də ödənişlər 50 milyon 230 min manatdan 63 milyon 317 min manata artıb. Bu da 26,0% və ya 13 milyon 87 min manat artım deməkdir.
"Azərbaycan Sənaye Sığorta" ASC ötən il 10 milyon 916 min manat ödəniş həyata keçirdiyi halda, bu il göstərici 11 milyon 442 min manat olub. Şirkət 4,8% və ya 526 min manat artım əldə edib.
"AzSığorta" ASC-nin ödənişləri 1 milyon 448 min manatdan 1 milyon 516 min manata çatıb. Artım 4,7% və ya 68 min manat təşkil edib.
Siyahını "Meqa Sığorta" ASC və "Xalq Sığorta" ASC tamamlayır. "Meqa Sığorta" ASC-də ödənişlər 14 milyon 109 min manatdan 14 milyon 595 min manata (3,4% artım), "Xalq Sığorta" ASC-də isə 9 milyon 649 min manatdan 9 milyon 841 min manata (2,0% artım) yüksəlib.