BAKI,TurkicWorld
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
TurkicWorld xəbər verir ki, bu barədə media müşavirinin özü məlumat verib.
C.İşbilir Azərbaycan Prezidenti tərəfindən təsis edilmiş bu medalla təltif olunmağın onun üçün qürur mənbəyi olduğunu vurğulayıb:
“Türkiyə və Azərbaycan arasında media sahəsindəki ittifaqın və əməkdaşlığın inkişafı üçün birlikdə çalışmağa davam edəcəyik. Media İnkişaf Agentliyinə və 150 illiyini qeyd etdiyimiz köklü Azərbaycan mətbuatının üzvlərinə təşəkkür edirəm”.