Bakı.Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və AzərbaycanRespublikasının Medianın İnkişafı Agentliyi birgə təşkilatçılığıilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “KreativMedia - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimibaş tutub.
Trend xəbərverir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə çərçivəsində “Süni intellekt və etika:təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlıməlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Mediasavadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrəhazırlanmış məqalələr dəyərləndirilib.
Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstəklayihələri, strateji planlaşdırma və informasiya texnologiyalarıdepartamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, mediasahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanmasıolduqca vacibdir. O qeyd edib ki, “MEDİA Savadlılığı” Həftəsiçərçivəsində keçirilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsi buistiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir.
“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova çıxışında müsabiqəninkeçirilməsində əsas məqsədin media savadlılığının təşviqi,dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması,eyni zamanda gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarınıngenişləndirilməsi olduğunu bildirib. O, müsabiqə mövzuları arasındadağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusiəhəmiyyət kəsb etdiyini qeyd edib. Gənclərin bu sahənin mahiyyətinidüzgün anlayaraq, analitik və peşəkar şəkildə təqdim etdiyiməqalələri yüksək qiymətləndirib.
Tədbir çərçivəsində, həmçinin Bakı Dövlət Universitetinin Yenimedia və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti KönülNiftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistikaprinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb və sertifikatlarlatəltif olunub.