AZ

“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə çərçivəsində “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələr dəyərləndirilib.

Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, media sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanması olduqca vacibdir. O qeyd edib ki, “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsi bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova çıxışında müsabiqənin keçirilməsində əsas məqsədin media savadlılığının təşviqi, dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması, eyni zamanda gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarının genişləndirilməsi olduğunu bildirib. O, müsabiqə mövzuları arasında dağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Gənclərin bu sahənin mahiyyətini düzgün anlayaraq, analitik və peşəkar şəkildə təqdim etdiyi məqalələri yüksək qiymətləndirib.

Tədbir çərçivəsində, həmçinin Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika prinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb və sertifikatlarla təltif olunub.

Seçilən
19
19
baki-xeber.com

10Mənbələr