AZ

Əli Əsədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri ilə görüşdü

Baş naziri Əli Əsədov dekabrın 24-də Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüşdə S.Arpaquşun Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında dini sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edib.


Telegram kanalımız
Seçilən
15
17
yenisabah.az

10Mənbələr