AZ

Baş nazir Əli Əsədov Türkiyənin Diyanət İşləri sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 24-də Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüşdə S.Arpaquşun Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda iştirakı xüsusi vurğulanıb.

İki ölkə arasında dini sahədə əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb. Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da iştirak edib.

DOĞRU.AZ

Seçilən
11
9
dogru.az

10Mənbələr