Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat və Təhlükəsizlik üzrə rəis müavini Tehranda Türkiyə müdafiə nazirinin müavini İlkay Altındağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Ölkə.az" xəbər verir ki, tərəflər regional proseslər, sərhəd məsələləri və ortaq təhdidlər də daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Həmçinin əməkdaşlıq və hərbi əlaqələrin inkişafı, o cümlədən birgə təlimlər mövzularına da toxunublar.
Görüş zamanı Altındağ bildirib ki, İranın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir.
İran Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat və Təhlükəsizlik üzrə rəis müavini öz növbəsində Türkiyə tərəfinə İsrailin hücumlarını pislədiyinə görə təşəkkür edərək, İranın prinsipial mövqeyinin Türkiyə ilə qardaşlıq münasibətlərini inkişaf etdirmək və dərinləşdirmək olduğunu vurğulayıb.
Elvin
Ölkə.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.