Vətəninfo.az xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat və təhlükəsizlik üzrə rəis müavini Seyid Məcid Mirəhmədi Tehranda Türkiyə müdafiə nazirinin müavini İlkay Altındağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər regional proseslər, sərhəd məsələləri və ortaq təhdidlər də daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Eləcə də, əməkdaşlıq və hərbi əlaqələrin inkişafı, o cümlədən birgə təlimlər mövzularına toxunublar.
Görüşdə Altındağ bildirib ki, “İslam Respublikasının təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir”.
Mirəhmədi öz növbəsində Türkiyə tərəfinə “sionist rejimin təcavüzünü pislədiyinə görə” təşəkkür edib və İranın prinsipial mövqeyinin Türkiyə ilə qardaşlıq münasibətlərini inkişaf etdirmək və dərinləşdirmək olduğunu vurğulayıb.