AZ

“Atletiko” müdafiəçisini satdı

“Atletiko”nun müdafiəçisi Xavi Qalan karyerasını La Liqada başqa klubda davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi “Osasuna”ya transfer olunub. Madrid klubu bu keçiddən 500 min avro qazanıb.

Qalan yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb və 1 yanvardan etibarən komandaya qoşulacaq.

Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm “Atletiko”nun heyətində 10 rəsmi oyunda 1 məhsuldar ötürmə edib.

Seçilən
96
50
idmanxeber.az

10Mənbələr