AZ

“Fənərbağça”nın futbolçusu Rusiya klubuna keçir

Rusiyanın ÇSKA klubu Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Oğuz Aydını transfer etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər razılıq mərhələsinə çatıb. Moskva təmsilçisi 25 yaşlı futbolçunu 500 min avro qarşılığında icarəyə götürəcək.

Müqavilədə 5 milyon avroluq satınalma bəndinin də yer alacağı gözlənilir.

Qeyd edək ki, Oğuz Aydın bu mövsüm 24 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə verib və həm cinahlarda, həm də mərkəzdə oynaya bilir.

Seçilən
35
50
idmanxeber.az

10Mənbələr