AZ

Ağdamda yeni istifadəyə verilən hoteldə 120 nəfər daimi işlə təmin edilib

Bakı.Trend:

Ağdamda yeni istifadəyə verilən hoteldə 120 nəfər daimi işlətəmin edilib.

Trend-inQarabağ bürosunun məlumatına görə, bu barədə Prezident izi iləAğdama təşkil olunmuş mediatur zamanı yeni istifadəyə verilən“Hilton Garden Inn Agdam” hotelinin direktoru Anar İbrahimovjurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ümumi sahəsi 2 hektardan artıq olanmehmanxana kompleksi 2, 6 və 7 mərtəbəli olmaqla üç blokdanibarətdir. 287 yerlik hotel binasında müxtəlif kateqoriyalara aidümumilikdə 127 otaq mövcuddur.Kompleksdə restoran və ictimai-iaşəzonası, iclas, tədbir və ziyafət zalları, qapalı üzgüçülük hovuzuvə idman zalı yaradılıb. Hotelin ərazisində geniş abadlıq işləri dəaparılıb.

A.İbrahimov qeyd edib ki, hotelin fəaliyyətə başlaması ilə 120nəfər daimi işlə təmin olunub. İşə qəbul edilənlərin əksəriyyətiAğdam və ətraf rayonların sakinləridir.

"Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, AğdamMuğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər mühüm sosialinfrastruktur obyektlərinin yaxınlığında yerləşir".

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilənbərpa və yenidənqurma işləri çərçivəsində turizm infrastrukturununformalaşdırılması əsas prioritet istiqamətlərdən biri kimimüəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotelvə mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizmpotensialının reallaşdırılması üçün zəruri şərait yaradılır.Sözügedən layihələr “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğunicra olunur.

Qeyd olunub ki, bu hotellər memarlıq baxımından ərazinin təbiilandşaftına uyğun layihələndirilir, ekoloji standartlara və müasirxidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahatyerləşməsi və istirahəti üçün geniş imkanlar yaradır, eyni zamandabölgədə iqtisadi fəallığın artmasına, yeni iş yerlərininyaradılmasına və sahibkarlığın inkişafına töhfə verir. Bu prosesQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizmpotensialında mühüm yer tutmasına zəmin yaradır.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım MehribanƏliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinintəməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevral ayında isəkompleksdə görülən tikinti işləri ilə tanış olublar.

Məqalədə:
Seçilən
33
43
az.trend.az

10Mənbələr