Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri, tanınmış jurnalist Vüqar Hüseynov yubiley medalı ilə təltif edilib.Bu barədə Vüqar Hüseynov öz sosial media hesabında məlumat paylaşıb.“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunmaq böyük məsuliyyətdir. Media sahəsində 30 ildir davam edən fəaliyyətim dövründə üzərimdə əməyi olan, dəstək verən, bu yolu birlikdə addımladığımız hər kəsə minnətdarlığımı bildirirəm.”, deyə V.Hüseynov qeyd edib.Qeyd edək ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı, 20 fevral 2025-ci il tarixli Prezident Fərmanı ilə təsis edilib. Bürüncdən hazırlanan və qızıl suyuna çəkilən bu medal, media sahəsində səmərəli fəaliyyət göstərən, xüsusi xidmətləri olan jurnalistlər və şəxslərə verilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


