"Metbuat.az" saytının rəhbəri Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə təltif edilib. Saytımızın təsisçisi və baş redaktoru Ramil Mirzəyev Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunmuş “Azərbaycan Milli Mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif edilib. Kollektivimiz adından Ramil Mirzəyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik. Qeyd edək ki, "Metbuat.az" "RMEDİA" MMC-nin tərkibində 2016-cı ildən bəri fəaliyyət göstərir.Xatırladaq ki, bu ilin fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.Sənədə əsasən, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı" təsis edilib. Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər. Sevinc İbrahimzadə / Metbuat.az