AZ

Bu ilin ötən dövründə Azərbaycan ərazisində 5 min 543 yeraltı təkan qeydə alınıb

Bakı, 25 dekabr, AZƏRTAC

Bu il dekabrın 25-dək Azərbaycan ərazisində 5 min 543, Azərbaycan və ona bitişik ərazilərdə 8 min 993 yeraltı təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli məlumat verib.

RSXM-də AMEA-nın Yer Elmləri bölməsinin və adıçəkilən mərkəzin birgə iclasında çıxış edən professor bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan baş verib. Seysmik stansiyalar tərəfindən il ərzində 2 min 400 yeraltı partlayış qeydə alınıb.

Seçilən
34
3
azertag.az

4Mənbələr