AZ

İran və Azərbaycan arasında rəqəmsal mühitdə müxtəlif platformalar iki ölkənin mənafeyinə xidmət edə bilər - Zəhra Pezeşkian (MÜSAHİBƏ)

Bakı. Trend:

İran və Azərbaycan arasında dəyərlər, həyat tərzi, ailə vəuşağın ali məqamı kimi bir çox ortaqlıqlar və mədəni bağları nəzərəalaraq rəqəmsal mühitdə uşaq və gənclərin müdafiəsi sahəsindəəməkdaşlıq iki ölkənin mənafeyini qarşılıqlı şəkildə təmin edəbilər.

Bunu Trend-əmüsahibəsində İran Prezidenti Məsud Pezeşkianın qızı və İrannümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan təlim təcrübələrinimübadilə etməklə, qanunvericilik, hüquqi və texniki sahələrindəbirgə ixtisaslı iclaslar təşkil etmklə, kiber polis və əlaqədarnazirliklər kimi aidiyyəti qurumlar arasında əməkdaşlıqmexanizmləri yaratmaqla bir-birlərinin mənafeyini təmin etməyəkömək edə bilərlər.

“Rəqəmsal proseslərin genişliyi, çeşidliliyi və sürətləirəlilədiyini, iki ölkənin mədəni yaxınlığı və uşaqlar və ailələrinmüdafiə olunması üzrə prioritetlərini, eləcə də uşaq və ailələrininkişaf və təhsili istiqamətində bu mühitdən uyğun şəkildəfaydalanmaq üçün imkanların yaradılmasına ehtiyac duyulduğununəzərə alaraq iki ölkə arasında əməkdaşlıq və koordinasiya çoxönəmli və effektiv ola bilər.

Birgə təlim kurslarının təşkil olunması, birgə ehtiyaclar vəmaraqları nəzərə alaraq müştərək platformaların yaradılması,platformalara nəzarət etmək üçün dövlətlər arasında nəzarət vəəməkdaşlıq proqramlarının tənzimlənməsi, eləcə də uşaqlarınistifadəsi üçün daha sağlam mühit yarada biləcək oyun vəproqramların yaradılması ailə və uşaqların rəqəmsal mühitdəmüdafiəsi sahəsində iki ölkə arasında birgə əməkdaşlıq olunabiləcək sahələrdir”, -deyə o qeyd edib.

Pezeşkian bildirib ki, ənənəvi sərhədləri dəyişdirən rəqəmsalmühitdə uşaqların effektiv şəkildə müdafiə olunması bir ölkənindaxili və milli məsələsi hesab oluna bilməz. Bu səbəbdən başqaölkələrlə, o cümlədən qonşu ölkələrlə əməkdaşlıq böyük əhəmiyyətkəsb edir.

İran prezidentinin qızı əlavə edib ki, son illərdə İran rəqəmsalmühitdə uşaq və gənclərin müdafiəsi istiqamətində ciddi addımlaratıb. Bu addımlardan rəqəmsal mühitdə uşaq və gənclərin müdafiəsisənədi, təlimlərin təşkil olunması ilə ailələr və şagirdlərin mediabiliyinin artırılması, kiber polis kimi qurumların rolununartırılması və qayda pozuntuları ilə əlaqədar məlumatlandırmasistemlərinin inkişaf etdirilməsini qeyd etmək olar. Lakintexnologiya sahəsində proseslərin sürətlə irəliləməsi və rəqəmsaltəhdidlərin mürəkkəbliyi qaydaların davamlı şəkildə yenilənməsi,orqanlar arasında əməkdaşlığın gücləndirilməsi, özəl sektor vəsosial qurumların aktiv iştirakına ehtiyac duyulur.

“Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər vəbeynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən konfrans yüksəksəviyyədə təşkil olundu. Müxtəlif ölkələr, regional və beynəlxalqtəşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda son elmiaraşdırmalar və ölkələrin praktiki təcrübələrə mövzular irəlisürüldü. Belə konfransların təşkil olunması rəqəmsal mühitdəuşaqların müdafiəsi və hüquqi aspektdən təcrübələrin mübadiləsi vəsiyasətçilərin diqqətini cəlb etmək baxımından əhəmiyyət kəsb edir.Bu formada təşkil oluna konfranslar regional və beynəlxalqəməkdaşlıq platformaların formalaşmasına kömək edə və millisəviyyədə atılan addımların effektivliyini ikiqat artıra bilər”, -deyə Pezeşkian bildirib.

Məqalədə:
Seçilən
33
2
az.trend.az

3Mənbələr