Bakı. Trend:
Son illərdə ölkəmizdə avtomobil sayının sürətlə artması şəhəriçinəqliyyatın idarə olunmasını, eləcə də küçə parklanmasının səmərəlitənzimlənməsini zəruri edir. Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin nəzarətində olan ödənişli parklanma yerlərindəavtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi isəbu gün aktual hüquqi boşluqlardan biridir.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentinbugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, ödənişli parklanma xidmətinin sığortamexanizmi ilə təmin edilməsi həm hüquqi, həm də sosial baxımdanzəruridir:
“Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiqedilməməsi bir sıra ciddi mənfi nəticələr doğurur. Ən əsas problemondan ibarətdir ki, vətəndaş parklanma üçün ödəniş etdiyi halda,parklanma yerində avtomobilinə dəyən zərərə görə, o, heç birtəminat almır. Ödənişli park yerinə qoyulan avtomobilə başqa birşəxs və ya nəqliyyat vasitəsi zərər vurduqda və ya təbiəthadisələri nəticəsində, məsələn, güclü külək zamanı ağacınavtomobilin üzərinə aşması kimi hallarda parklanma xidməti ödənişliolmasına baxmayaraq, yenə də zərərin ödənilməsi avtomobil sahibininüzərinə düşür. Bu isə həm istehlakçı hüquqlarının pozulmasına, həmdə göstərilən xidmətin mahiyyətinin formaldan kənara çıxmasınasəbəb olur. Bu kimi situasiyalar vətəndaşın ödədiyi xidmət haqqınınmahiyyətinə uyğun təminat ala bilməməsi ilə nəticələnir və bu kimihallar sığorta mexanizminin tətbiqini daha da zəruri edir.
Deputat vurğulayıb ki, mövcud vəziyyət həm sosial narazılıqyaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadızəiflədir:
“Buna görə də qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalıvə parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildəmüəyyən olunmalıdır. Bu məqsədlə təklif edirəm ki, ödənişliparklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dairməsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin, parklanmahaqqına minimal sığorta komponenti inteqrasiya edilsin vəsürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıqşəkildə daxil edilsin”.